Harri Keyn Qızıl top mükafatı haqda danışdı

26.09.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“Bayern Münhen”in və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.

İngiltərə millisinin kapitanı bildirib ki, bu mükafatı qazanmaq onun üçün karyerasındakı ən yaxşı fürsətdir.

“Düşünürəm ki, hazırda mənim şansım var. Gələcəkdə vəziyyətin necə olacağını isə gözləyib görəcəyik”, - Keyn deyib.

32 yaşlı futbolçu ötən mövsümün həm fərdi, həm də komanda baxımından karyerasının ən yaxşı mövsümü olduğunu vurğulayıb.

“Bu mükafatı qazanmaq mənim üçün böyük qürur olardı. Amma qərar əlimdə deyil. Səsvermədə iştirak edənlərin fikrindən asılıdır”, - Keyn bildirib.

“Qızıl top”un qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью