Harri Keyn Ronaldonun rekordunu yeniləyib

28.06.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İngiltərə millisinin hücumçusu Harri Keyn rekorda imza atıb.

Moderator.az xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin III turunda Panama ilə görüşdə fərqlənən forvard cari mövsümdə klub və milli komandanın heyətində bütün turnirlərdə vurduğu qolların sayını 70-ə çatdırıb.

31 yaşlı oyunçu bununla da, Kriştianu Ronaldonun bir mövsümdə vurduğu ən yüksək qol sayını geridə qoyub.

Portuqaliya yığmasının ulduzu 2011/2012-ci illər mövsümdə 69 qol vurmağı bacarmışdı.

Qeyd edək ki, "Nyu-York/Nyu-Cersi" stadionunda baş tutan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью