Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İngiltərə millisinin kapitanı Harri Keyn DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən oyunda (3:2) maraqlı göstəriciyə imza atıb.
"Yeni Sabah" xəbər verir ki, Keyn bir dünya çempionatı matçında qol vuran, məhsuldar ötürmə edən və penaltiyə səbəb olan ilk futbolçudur.
O, görüşün 38-ci dəqiqəsində Cud Bellinqemin qolunda məhsuldar ötürmənin müəllifi olub. Dominos pizza
İngiltərə millisinin kapitanı 60-cı dəqiqədə isə Entoni Qordona qarşı qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin 69-cu dəqiqədə Keyn öz cərimə meydançasında Brayan Qutyerresə qarşı qaydanı pozub və hakim penalti təyin edib. Raul Ximenes 11 metrlik cərimə zərbəsini qola çevirib.
İngiltərə millisi dramatik keçən qarşılaşmada Meksikanı 3:2 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib.