Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bayern"nin hücumçusu Harri Keyn azarkeşlərin və futbol ekspertlərinin tənqidlərinə münasibətini açıqlayıb.
BAKU.WS xəbər verir ki, ingiltərəli futbolçu sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə tənqidlərin qaçılmaz olduğunu bildirib.
Keyn komanda səviyyəsində uzun müddət titul qazana bilməməsinin bəzi şəxslər tərəfindən ona qarşı istifadə edildiyini deyib.
"Uzun müddət komanda ilə heç bir titul qazana bilmədim və bəziləri bundan mənə qarşı istifadə edirdi. Lakin düşünürəm ki, futbolu həqiqətən anlayan insanlar mənim oyunumun dəyərini hər zaman biliblər. "Bavariya"ya keçdikdən sonra isə buna daha çox qiymət verildiyini hiss edirəm", - deyə hücumçu bildirib.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin avqustunda "Tottenhem"dən "Bavariya"ya transfer olunub.