Harri Keyndən tarixi göstərici 121 ci matç

15.07.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Harri Keyn İngiltərə millisinin heyətində keçirdiyi oyunların sayına görə sahə oyunçuları arasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, DÇ-2026-nın yarımfinalında Argentina millisi ilə oyunda start heyətində meydana çıxan "Bavariya"nın hücumçusu milli komandadakı 121-ci matçını keçirib. Bununla da o, bu göstəricidə 120 oyun keçirmiş Ueyn Runini geridə qoyaraq İngiltərə tarixinin ən çox oyun keçirmiş sahə oyunçusu olub.

İngiltərə millisinin ümumi rekordu isə sabiq qapıçı Peter Şiltonya məxsusdur. O, milli komandanın heyətində 125 oyun keçirib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью