Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə millisinin hücumçusu Harri Keyn yığma komandanın tarixində ən çox oyun keçirən meydan oyunçusu adına sahib çıxıb.
Milli.Az xəbər verir ki, təcrübəli forvard bu göstəriciyə DÇ-2026-nın Argentina ilə yarımfinal qarşılaşmasında nail olub. Start heyətində meydana çıxan Harri Keyn İngiltərə millisində keçirdiyi oyunların sayını 121-ə çatdıraraq bu göstəricidə sabiq hücumçu Ueyn Runini geridə qoyub. Runi yığmanın heyətində 120 oyun keçirmişdi.
İngiltərə millisinin tarixində ümumilikdə ən çox oyun keçirən futbolçu rekordu isə hələ də sabiq qapıçı Piter Şiltona məxsusdur. Veteran qolkiper milli komandanın heyətində 125 matçda forma geyinib.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin avqustundan Almaniyanın "Bavariya" klubunda çıxış edir. O, bundan əvvəl uzun illər İngiltərənin "Tottenhem" komandasının şərəfini qoruyub.
86 qolla İngiltərə millisinin tarixinin ən məhsuldar futbolçusu olan Harri Keyn rekordlarını artırmaqda davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)