Harri Maquayra Səudiyyə Ərəbistanından təklif

06.09.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Əl-Nasr” və “Əl-Əhli Cidda” “Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayra maraq göstərir. 

QOL.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb. 

Səudiyyə Ərəbistanı klubları 32 yaşlı futbolçuya ildə təxminən 15 milyon avro məvacib təklif etməyə hazırdır.

Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin yayında transfer olunub. Bu müddətdə o, 249 oyunda meydana çıxıb, 16 qol vurub və 8 qol ötürməsi ilə yadda qalıb. Müdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью