Harri Maquayrın gələcək taleyi ilə bağlı yeni iddia

05.09.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, artıq Səudiyyə Ərəbistanından iki klub 31 yaşlı futbolçu ilə maraqlanır. Həmin ölkədə transfer pəncərəsi sentyabrın 23-dək açıq qalacaq.

Buna baxmayaraq, Maquayr cari mövsümü “Mançester Yunayted”də başa vurmaq istəyir. Onun klubla müqaviləsi 2025-ci ilin yayında yekunlaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью