Harri Potterin yeni obraz seçimi AÇIQLANDI

12.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Britaniyalı aktyor Nikolas Hoult HBO-nun hazırladığı «Harri Potter» serialının ikinci mövsümündə rol alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Məlumata görə, aktyor "Harry Potter və Sirlər Otağı" əsərində yer alan Zlatopust Lokons obrazını canlandıracaq. O, Hoqvartsda qaranlıq qüvvələrdən müdafiə fənninin müəllimi və yazıçı kimi tanınır. Əvvəlcə qəhrəmanlıq hekayələri ilə məşhurlaşan obrazın sonradan bütün nailiyyətlərini uydurduğu üzə çıxır.

Nikolas Hoult daha çox "Molokososlar" serialında Toni roluna görə tanınır. Aktyor həmçinin "İks-adamlar: Birinci sinif", "İks-adamlar: Keçmiş gələcəyin günləri" və "İks-adamlar: Apokalipsis" filmlərində mutant Zver obrazını canlandırıb. O, "İsti bədənlər", "Dəlisov Maks: Qəzəb yolu", "Favorit", "Supermen", "Tolkin" və digər ekran əsərlərində də rol alıb.

2010-cu ildə Hoult Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) "Yüksələn ulduz" mükafatına namizəd göstərilən ən gənc aktyorlardan biri olub. Onun film və serial karyerasında 60-dan çox layihə yer alır.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью