Harri Staylsın turu əsasında film çəkiləcək

19.10.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur müğənni Harri Staylsın konsertlərini izləyən kamera bu dəfə səhnədən kənara da çıxacaq.

Kulis.az xəbər verir ki, “How To with John Wilson” serialı ilə tanınan rejissor Con Vilson müğənninin Nyu-Yorkdakı konsert seriyası haqqında sənədli film üzərində işləyir.

“Variety” nəşrinin məlumatına görə, çəkilişlər avqust ayından etibarən "Madison Square Garden" arenasında keçirilən "Together, Together" turu zamanı aparılır. Film yalnız konsert görüntülərindən ibarət olmayacaq: Harri Staylsın gündəlik həyatı, pərəstişkarları və səhnəarxası komandanın fəaliyyəti də ekran əsərində yer alacaq. Sənədli filmin nümayiş tarixi və yayım formatı hələ açıqlanmayıb.

Mövlud Süleymanlı: "Tarix bütün dövrlərdə Heydər Əliyevi xatırlayacaq..." - Tarixi Şəxsiyyət "Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir “İnanıram” tamaşası nümayiş olundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью