Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Harri Uinks "Lester"dən getdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Lester" yarımmüdafiəçisi Harri Uinkslə yollarını ayırıb.
QOL.az xəbər verir ki, İngiltərə klubu bu barədə rəsmi saytında məlumat yayıb.
30 yaşlı futbolçu İtaliya təmsilçisi "Kalyari" ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Uinks 2023-cü ilin iyulunda "Tottenhem"dən "Lester"ə transfer olunmuşdu. O, üç mövsüm ərzində İngiltərə klubunun heyətində bütün turnirlərdə 109 oyun keçirib. Yarımmüdafiəçi 2023/2024 mövsümündə Çempionşipin qalibi olan komandada 45 matçda iştirak edib.
Uinks ötən mövsüm isə bütün turnirlərdə 36 görüşə çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə verib.