Harris seçkilərin nəticələrinin onun ümidlərini doğrultmadığını deyib Doğru Xəbərlər

07.11.2024

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəmalə Harris Vaşinqtonda tərəfdarları qarşısında çıxışı zamanı rəqibi Donald Trampın qalib gəldiyi prezident seçkilərinin nəticələrinin onun ümidlərini doğrultmadığını etiraf edib.

“Bu seçkilərin nəticəsi bizim istədiyimiz kimi olmadı”, o vurğulayıb.

Harris həmçinin etiraf edib ki, o, Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və hakimiyyətin sülh yolu ilə ötürülməsinə söz verib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью