Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik edib

06.11.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən bildirib.

Nəşrin müsahibinin sözlərinə görə, Harris həmçinin Trampla “hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini” müzakirə edib.

Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) demokrat, prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyi ilə bağlı çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью