Harris Trampın planını ifşa etdi Məqsədi başqadır

09.06.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ Milli Qvardiyasının Los-Ancelesdə iğtişaşlarla mübarizə üçün yerləşdirilməsi eskalasiyaya gətirib çıxaracaq və xaosa səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris X sosial şəbəkəsində yazıb.

“Bu, təhlükəsizliyi təmin etmək üçün deyil, çaxnaşma və parçalanma yaratmaq üçün atılan addımdır. İdarəetmə proqramının bir hissəsidir”, – o bildirib.

Qeyd edək ki, iyunun 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrilib.

Ağ Ev rəsmiləri Los-Anceles etirazlarını “qanunlara qarşı üsyan” kimi qiymətləndiriblər.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью