Harrisin evi təxliyə zonasına daxil olub

08.01.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki evi Kaliforniyada baş verən meşə yanğını səbəbindən təxliyə zonasına daxil olub. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, güclü külək yanğınları gücləndirdikdən sonra Harrisin evinin yerləşdiyi ərazi evakuasiya zonası elan edilib.

Vitse-prezidentin özü hazırda Vaşinqtondadır. 

Ev 350 kv. m Los Angeles ərazisində 2012-ci ildə Harrisin əri, hüquqşünas Duqlas Emhoff tərəfindən alınıb. Qonşuda aktrisa Qvinet Peltrou və basketbol ulduzu LeBron Ceyms yaşayır. Ev 2024-cü ildə 5 milyon dollar dəyərində qiymətləndirilib.

Bundan əvvəl Amerika mediası Kaliforniyada meşə yanğınının sahəsinin 300 hektarı keçdiyini və böyüməkdə davam etdiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью