Harrisin tərəfdarlarına mesaj göndərildi: Gözləməyin

06.11.2024

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin bu gün gözlənildiyi kimi tərəfdarları qarşısında çıxış etməyəcəyi açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Harrisin seçki kampaniyasının həmsədri Sedrik Riçmond məlumat yayıb.

O, dəstək üçün demokratların partiya binası önünə toplananlara evə getmələrini tövsiyə edib. Kamala Harrisin bu gün deyil, sabah çıxış etmək niyyətində olduğunu deyib.

Məlumata görə, ötən gecə seçkilərin nəticələri hesablanmağa başlayarkən Harrisin kampaniya üzvlərinə gözləməmələri və yatmaları barədə email göndərilib.

Riçmond hər nə qədər sayılmalı səslərin qaldığını və hər şeyin bitmədiyini desə də, artıq Demokratlar Partiyası və Kamala Harris tərəfdarlarının qalibiyyətı ümidinin olmadığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью