Harrison Ford 83 yaşında ilk dəfə Emmi mükafatına namizəd oldu

16.07.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur aktyor Harrison Ford cəmi iki gün əvvəl 83 yaşını qeyd edib və bu gün o, ilk dəfə olaraq nüfuzlu televiziya mükafatı "Emmi"yə namizədlər siyahısına daxil edilib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Ford "Terapiya"nın ikinci mövsümündəki roluna görə "Komediya serialında ən yaxşı ikinci plan aktyoru" nominasiyasında namizəd olub.

"Terapiya" serialı şəxsi problemlərinə görə acığını müştərilərindən çıxan və onlara həqiqətən nə düşündüyünü söyləyən psixoterapevtin hekayəsindən bəhs edir. Harrison Ford baş qəhrəmanın Parkinson xəstəliyindən əziyyət çəkən həmkarı rolunu oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью