Harry Potter qılıncları müsadirə edildi

03.12.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyada "Harry Potter" qılınclarının nüsxəsi silah qanunlarını pozduğu üçün müsadirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata əsasən, məsələ ilə bağlı “Warner Bros Studios”a məxsus “The Making of Harry Potter” adlı tema parkının internet saytında açıqlama verilib.

Açıqlamada bildirilib ki, paytaxt Tokiodakı əyləncə parkında suvenir kimi satılan və ucu itiliyinə görə ölkədə silaha nəzarət qanununu pozduğu təsbit edilən 86 santimetr uzunluğundakı paslanmayan polad qılınclar müsadirə edilib.

Məhsulları alan müştərilərdən şirkətlə əlaqə saxlamaları xahiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью