Harvard Universitetinə ayrılan maliyyənin daha 1 milyard dollar azaldılması planlaşdırılır

21.04.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da Donald Tramp administrasiyasının Fələstinə dəstək nümayişlərində önə çıxan Harvard Universitetinə ayrılan maliyyə vəsaitini daha 1 milyard dollar azaltmağı planlaşdırdığı iddia edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Federal hökumətin tələblərinin yer aldığı məktubu Harvarda göndərən Ağ Evin Antisemitizmlə Mübarizə İşçi Qrupunun rəsmiləri universitetin onların tələblərini qəbul edəcəyinə inanırdılar.

Adının açıqlanmasını istəməyən şəxslər Tramp administrasiyasının o qədər qəzəbləndiyini, universitetdə səhiyyə sahəsində araşdırmalar üçün ayrılan maliyyəni 1 milyard dollar kəsməyi planlaşdırıldığını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью