Harvard Universitetinin vergidən azad edilməsi ləğv edilə bilər

17.04.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

ABŞ-nin Daxili Gəlir Xidməti (IRS) Harvard Universitetinin vergidən azad edilməsini ləğv etməyi düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bəzi IRS rəsmiləri Xəzinədarlıq Departamentinin rəsmilərindən Harvard Universitetinin vergidən azad edilməsini ləğv etməyi düşünməyi xahiş ediblər.

Məsələ ilə bağlı IRS sözçüsü şərh verməkdən imtina edib.

Harvard Universitetindən edilən açıqlamada vergidən azad edilməsinin ləğvi üçün heç bir hüquqi əsas olmadığı iddia edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью