Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Anadolu Cumhuriyyət Baş prokroluğu tərəfindən aparılan narkotik əməliyyatı nəticəsində saxlanılan 11 nəfərin arasında məşhur simalar Hasan Can Kaya, Yusuf Aktaş (Reynmen) və Emirhan Çakal da olub. Şəxslər jandarmadakı ifadələri tamamlandıqdan sonra sərbəst buraxılıblar.
BAKU.WS xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığı tərəfindən 31 yanvar səhəri İstanbul, Muğla, Ankara və Yalova şəhərlərində eyni vaxtda axtarış və gözaltı əməliyyatları həyata keçirilib. Araşdırma çərçivəsində şübhəlilərin "narkotik və ya stimullaşdırıcı maddə saxlamaq", "narkotik istifadəsini asanlaşdırmaq" və "narkotik istifadəsi üçün yer və imkan yaratmaq" kimi qanun pozuntularına yol verdikləri müəyyən edilib.
Sərbəst buraxılan şəxslər arasında Mazlum Aktürk, Mert Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Berkcan Güven və Fırat Yayla da var.