Hasan Misirin tarixi qələbəsini dəyərləndirdi

04.07.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Avstraliya yığmasını penaltilər seriyasında (1:1, penaltilər - 4:2) məğlub edərək tarixində ilk dəfə mundialın 1/8 finalına yüksələn Misir millisinin baş məşqçisi Husam Hasan fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, qarşılaşmanın ardından baş tutan mətbuat konfransında belə danışıb:

"Misir futbolu üçün tarixi gecədir. Futbolçularım sona qədər özlərinə inanaraq mübarizə apardılar və meydanda əsl xarakter göstərdilər. Penaltilər lotereya sayılsa da, biz buna ciddi hazırlaşmışdıq. Azarkeşlərimizi sevindirdiyimiz üçün çox xoşbəxtik. Artıq diqqətimizi növbəti oyuna yönəldəcəyik".

DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью