Hasan Şaş narkotik araşdırmasında saxlanıldı

18.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Hasan Şaş narkotik araşdırmasında saxlanıldı

Türkiyəli tanınmış sabiq futbolçu Hasan Şaş narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

QOL.az "NTV Spor"a istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik araşdırması çərçivəsində 18 şübhəli barəsində saxlanılma qərarı verilib. Həmin şəxslər arasında Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hasan Şaş da yer alıb.

Saxlanılan şəxslər əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilir. Daha sonra narkotik testindən keçmək üçün məhkəmə-tibbi ekspertizasına aparılırlar.

Prosedurlar başa çatdıqdan sonra şübhəlilər ifadə vermək üçün prokurorluğa göndərilir. Bundan sonra onların sərbəst buraxılması və ya məhkəməyə cəlb edilməsi ilə bağlı qərar verilir.

Hasan Şaşla bağlı da prosesin bu qaydada davam etdiriləcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью