Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi

19.09.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub.

Bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zeynəb Zamanova İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək şöbədə aparıcı, böyük və baş məsləhətçi vəzifələrində çalışıb.

/iqtisadiyyat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью