Hasil Abbasov: “Əmək bazarının əsas sütunlarından biri özəl sektordur”

19.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət-Biznes Əməkdaşlığı Forumunun əsas məqsədi dövlət qurumlarının biznesə dəstək mexanizmlərini, əməkdaşlıq imkanlarını, işəgötürənlərə təqdim olunan dəstək alətlərini, eləcə də əmək bazarında biznes birlikləri və assosiasiyaların rolunu müzakirə etməkdir.
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forum çərçivəsində sosial məsuliyyət və birgə təşəbbüslər istiqamətində də müzakirələr aparılır:
“Əmək bazarının reallıqları geniş masada müzakirəyə qoyulub və biz bu gün Məşğulluq Həftəsini son tədbirimiz olan Dövlət-Biznes Əməkdaşlığı Forumu ilə yekunlaşdırdıq. Burada Milli Məşğulluq Forumu, “Gələcəyin peşələri” sammiti və bugünkü forum olmaqla, Azərbaycanda əmək bazarına, onun gələcəyinə, işçi qüvvəsinin kvalifikasiya və kompetensiyalarının artırılmasına, bu hazırlıq prosesində işəgötürənlərin potensial dəstək mexanizmlərinə, eyni zamanda dövlətin işəgötürənlərə təqdim etdiyi xidmətlərə dair geniş müzakirələr apardıq”.
Sədr qeyd edib ki, bu tədbirlərin Azərbaycanın əmək bazarına ciddi töhfə verəcəyinə inanırlar:
"Çünki biznesin və əmək bazarının əsas sütunlarından biri özəl sektordur. ƏMAS-dakı aktiv əmək müqavilələrində özəl sektorun böyük çəkisi var. Biz də sahibkarlarımıza, işəgötürənlərimizə öz istiqamətimizdə maksimum dəstək verməyə hər zaman hazır olduğumuzu bir daha nümayiş etdirdik".
Günay Şahmar, Tural Xəlil, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью