Hatayspor klubu Renat Dadaşovun üzündən iki mövsüm futbolçu transfer edə bilməyəcək

13.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin təmsilçisi "Hatayspor"a Azərbaycan millisinin hücumçusu Renat Dadaşova görə transfer qadağası qoyulub.

Oxu.Az "Ajansspor"a istinadən xəbər verir ki, Superliqa klubu Renata borclu olduğu üçün iki mövsüm yeni oyunçu ala bilməyəcək.

Mənbə "Hatayspor"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi halda, vəziyyəti dəyişə biləcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Dadaşov 2023/2024 mövsümündə Hatay komandasında top qovub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью