“Hatıran yeter”lə vidalaşdılar Video

03.01.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün həyatını itirən Türkiyənin usta sənətçisi Ferdi Tayfurun sevənləri onunla mahnılarını səsləndirərək vidalaşıblar.  

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 79 yaşında Antalyada müalicə aldığı xəstəxanada vəfat edən sənətçinin ölüm xəbərindən sonra yaxınları və pərəstişkarları klinikanın qarşısına toplaşıblar.

Onlar avtomobillərində və telefonlarında Tayfurun mahnılarını səsləndiriblər. Belə ki, pərəstişkarları sənətkarın “Hatıran yeter” mahnısının sədaları altında göz yaşı töküblər. 

Həmin görüntüləri təqdim edirik:


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью