Hava bu tarixdə DÜZƏLƏCƏK: yağış və külək bitir

23.03.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью