Hava daha da soyuyacaq: zərurət olmadıqda evdən çıxmayın

21.02.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 20-dən başlayaraq ölkə ərazisində qarlı hava şəraitinin qarşıdan gələn saatlarda daha da güclənəcəyi bildirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metereoloqların məlumatına əsasən, hazırda Bakıda müşahidə olunan -3 dərəcə temperatur yaxın saatlarda daha da aşağı enəcək, axşam və gecə saatlarında isə -7-8 dərəcəyə çatacaq.

Bu isə yolların buz bağlayacağını, gediş-gəlişin çətinləşəcəyini, avtomobillər üçün qəza riskinin artacağını, hətta piyadaların hərəkətinə ciddi maneələr olacağını deməyə əsas verir.

Bütün bunları nəzərə alaraq, metereoloqlar əhalini diqqətli olmağa, zərurət yaranmadan evdən və ya olduqları yerdən bayıra çıxmamağı, uzaq məsafələrə səfər planlaşdırmamağı tövsiyə edirlər.

Məlumat üçün bildirək ki, hava haqqında proqnozu təqdim edən əksər mobil proqramlar hazırkı temperaturla yanaşı, hiss edilən real dərəcəni də göstərirlər. Məsələn, hazırda Bakıda temperatur 0 dərəcə göstərsə də, -14 dərəcə soyuq hiss olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью