Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək.
XQ xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtı aşağıdakı maddə nəzərə alınmaqla “Aviasiya haqqında” Qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq tənzimlənəcək.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənəcək.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:
- istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı; - istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı; - istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı; - istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir: - istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı; - istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı; - istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.