Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ Temperatur 7 10 dərəcə aşağı enəcək

19.02.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraiti dəyişəcək, qar yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.

Bunu hidrometeoroloji proqnozlar bürosunun aparıcı mütxəssis, sinoptiki Leyla Mədətova "Xəzər Xəbər"ə bildirib.

Bölgələrdə də qar yağacaq. Naxçivan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax, Gəncə, Balakən, Şəki, Quba Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran və Lənkəran-Astara bölgələrində yağıntılar intensivləşəcək. 

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью