Hava ilə bağlı son məlumat

07.10.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32%-ni təşkil edir.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı: Astarada 14, Yardımlı, Şirvanda 12, Lənkəran, Neftçalada 10, Lerikdə 9, Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1-7 mm qeydə alınır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью