Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq
Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur.