Hava ilə bağlı XƏBƏRDARLIQ Bu tarixdən leysan olacaq, şimşək çaxacaq

13.11.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.

Əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью