Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12.10.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью