Hava ilə bağlı XƏBƏRDARLIQ Noyabrın 30 dan dekabrın 2 dək...

29.11.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

BAKU.WS xəbər verir ki, müvafiq xəbərdarlığı Milli Hidrometeorologiya Xidməti yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью