Hava ilə bağlı xəbərdarlıq: qar yağacaq TARİX

30.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Globalinfo.az-a bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью