Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

19.06.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью