Hava ilə bağlı xəbərdarlıq: Yollar buz bağlayacaq

15.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.

Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью