Hava ilə əlaqədar svetoforların işində problemlər yaranır FOTOLAR

16.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır. 

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью