Hava kəskin dəyişəcək: Tarix verildi

15.01.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi  gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara  keçəcəyi  gözlənilir.

“Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə  enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью