Hava kəskin dəyişir Leysan yağacaq, dolu düşəcək

12.09.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Bakıda havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.
Bölgələrdə havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью