Hava kəskin dəyişir, qar yağacaq! Əhaliyə XƏBƏRDARLIQ

19.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 20-də Bakıda, Abşeronda və Azərbaycanın bir sıra rayonlarında yağıntılı hava şəraiti gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 20-si səhər saatlarında Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal edilir.

Bundan əlavə, noyabrın 20-si gecə və səhər saatlarında ölkənin bəzi şimal və qərb rayonlarında da arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakter alacağı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. İnternet mağaza

Sakinlərə hava şəraitində gözlənilən dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью