Hava kəskin dəyişir Temperatur 10 dərəcə enəcək

04.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Noyabrın 5-i günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 5-i axşam, 6-sı gecə isə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью