Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, gün ərzində cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5, yüksək dağlıq ərazilərdə isə 10-15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 0-5 dərəcə isti olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)