Hava limanı yolunda 6 maşın bir birinə çırpıldı VİDEO

23.11.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Hava limanı yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 23-də səhər saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Changan”, “Opel”, “Mercedes”, “Seat”, “Hyundai” və “Toyota” markalı avtomobillər toqquşub. Hadisəyə səbəb ara məsafəsinin düzgün seçilməməsi olub.

Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229144.html

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью