Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19.05.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 17-də, paytaxtın hava limanı yolunda qeydə alınıb.

Belə ki, "Yango" taksi şirkətinə məxsus avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ötmə və manevr qaydasını pozub. O, sərt manevr edərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Ərazidə xidmət aparan yol polisi əməkdaşları həmin sürücünü dayandıraraq barəsində qanunamüvafiq qaydada tədbir görüblər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью