Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 12-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 90-YJ-903 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobil, 10-RC-963 dövlət nömrə nişanlı “Daewoo Damas” markalı maşınla toqquşub.
Şahidlərin iddiasına əsasən, qəzaya səbəb ara məsafəsinin düzgün seçilməməsi olub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 12