Icma.az, Avtosfer saytına istinadən bildirir.
Hava limanı yolunda, “Koroğlu” metrosu istiqamətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 25-də saat 13:00 radələrində qeydə alınıb. Belə ki, iki “Mercedes” və bir “Hyundai” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xəsarət alanın olmadığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzaya düşən avtomobillər evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Nərmin