Hava limanında çantadan çıxanlar hamını şoka saldı

14.11.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da hava limanında aparılan adi baqaj yoxlanışı zamanı təhlükəsizlik əməkdaşları gözlənilməz hadisə ilə üzləşiblər. Çamadanda əvvəlcə ip yumağına bənzəyən əşyanın qəfil hərəkət etməsi əməkdaşları təşvişə salıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaliforniya ştatındakı Ontario Beynəlxalq Hava Limanında baş verib.

ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasınınəməkdaşı Benjamin Andrade-Karillo sərnişinlərdən birinin baqajını yoxlayarkən yastıq üzünün içərisində iki canlı ilan aşkar edib. Onlardan birinin zınqırovlu ilan olduğu müəyyənləşdirilib.

Təhlükəsizlik əməkdaşı bildirib ki, əvvəlcə əlinə götürdüyü əşyanı adi ip yumağı hesab edib. Lakin onun hərəkət etdiyini görəndə vəziyyətin ciddiliyini anlayıb.

"Əlimdəkinin canlı olduğunu başa düşəndə düşündüm ki, bu barədə dərhal rəhbərliyə məlumat verməliyəm", - deyə o bildirib.

İlanların hansı növə aid olduğu əvvəlcə məlum olmadığından hava limanı polisi və sərnişinin uçacağı aviaşirkət məlumatlandırılıb. Təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə baqaj yoxlanışı müvəqqəti dayandırılıb.

Polis əməkdaşları baqajı aviaşirkətin qeydiyyat bölməsinə aparıblar. Burada sərnişin ilanları çantasından çıxararaq onunla səyahət etməyən ailə üzvünə təhvil verib. Sərnişin bildirib ki, ilanlar onun ev heyvanlarıdır və əvvəllər başqa bir aviaşirkətlə onları özü ilə aparıb. İlanlar çıxarıldıqdan sonra çamadan yenidən təhlükəsizlik yoxlanışından keçirilib və sərnişinin uçuşuna icazə verilib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb və ilan sancması qeydə alınmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью